İQTİSADİYYAT


OPEC neft hasilatının azaldılması sazişinə 75 faiz əməl edib

Bakı, 11 avqust, AZƏRTAC

İyulda qlobal neft təklifi əvvəlki ayla müqayisədə 520 min barrel artaraq gündəlik 98,16 milyon barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Hesabata görə, iyul ayında dünya üzrə neft hasilatı ötən ilin eyni ayına nisbətdə gündəlik 500 min barrel çox olub.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) neft hasilatı iyulda Liviyada istehsalın çoxalması nəticəsində gündəlik 230 min barrel artaraq sutkada 32,84 milyon barrel təşkil edib. OPEC neft hasilatının azaldılması sazişinə bu il 75 faiz əməl edib.

Bundan əlavə, OPEC-in maye qaz və qeyri-ənənəvi məhsul tədarükünün həcmi gündəlik 6,99 milyon barrel olub. Beləliklə də, OPEC-in xam neft və digər mayelər də daxil olmaqla iyuldakı ümumi hasilatı sutkada 39,83 milyon barrel təşkil edib. Kartelin ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı iyunda olduğu kimi iyul ayında da 10,05 milyon barrel olub. OPEC üzrə neft hasilatı ən çox Liviya və Nigeriyada artıb. Liviyada hasilat gündəlik 170 min barrel, Nigeriyada isə sutkada 30 min barrel artım göstərib.

Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı gündəlik 200 min barrel çoxalaraq sutkada 58,3 milyon barrel olub. Artıma ABŞ və Kanada istehsalın çoxalması təsir edib.

Agentliyin proqnozlarına görə, qeyri-OPEC ölkələrində neft hasilatı gələn il bu illə müqayisədə 1,4 milyon barrel artaraq sutkada 59,6 milyon barrel təşkil edəcək. Gələn ilin qlobal neft tələbatı isə bu illə müqayisədə gündəlik 1,4 milyon barrel artaraq sutkada 99 milyon barrel olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.