İQTİSADİYYAT


OPEC ölkələri neft hasilatını dondurmaq barədə razılıq əldə ediblər

A+ A

Vyana, 29 sentyabr, AZƏRTAC

Dünya bazarlarında xam neftin qiymətinin istehsalçı ölkələr üçün qənaətbəxş qiymətə satılması neft hasilatında dəyişiklik edilməsini qaçılmaz edib. OPEC-ə üzv ölkələrin Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə neft hasilatının həcminin azaldılması barədə ümumi razılıq əldə olunub.

Razılaşmaya əsasən, kartelə üzv ölkələr gündəlik neft hasilatını 32,5-33 milyon barrel həcminə salınmasına qərar veriblər. Hazırda hasılatın həcmi 33,24 milyon barreldir.

“Reuters“ agentliyinin yaydığı məlumata görə, hər bir üzv ölkənin gündəlik neft hasilatının həcmini dəqiqləşdirmək üçün təşkilatın noyabr ayında keçiriləcək rəsmi görüşündə danışıqlar aparılacaq. OPEC neft hasilatının həcmini azaltmaqla bağlı Rusiya və digər istehsalçı ölkələrə də çağırış edib.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.