İQTİSADİYYAT


OPEC+ ölkələri razılaşmaların icrasını müzakirə edəcəklər

Bakı, 29 iyul, AZƏRTAC

OPEC+ ölkələrinin nümayəndələri avqustun 7-8-də Abu-Dabidə növbədənkənar iclasda saziş çərçivəsində razılaşmaların icrasını müzakirə edəcəklər. AZƏRTAC xəbər verir ki, OPEC-in məlumatında belə deyilir.

Məlumatda daha sonra deyilir: “İclas 2017-ci il avqustun 7-8-də Abu-Dabidə Küveytin və Rusiyanın həmsədrliyi ilə keçiriləcək. Müzakirələrdə 2017-ci ildə OPEC-ə sədrlik edən Səudiyyə Ərəbistanından nümayəndələr iştirak edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.