İQTİSADİYYAT
OPEC və Rusiya İstanbulda neft hasilatının məhdudlaşdırılmasını müzakirə edir
Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC
23-cü Dünya Enerji Konqresi çərçivəsində İstanbulda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nazirləri və Rusiyanın nümayəndələri qeyri-rəsmi görüş keçirir.
AZƏRTAC xəbər verir ki, görüşdə OPEC-in sentyabrın 26-28-də Əlcəzairdə keçirilən qeyri-rəsmi toplantısında müzakirə etdiyi istehsalın miqdarının məhdudlaşdırılması məsələsi kartelə üzv olmayan ölkələrlə müzakirə edilir.
Yığıncaqda OPEC-in baş katibi Məhəmməd Barkindo, Qətər Dövlətinin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada, Əlcəzairin enerji naziri Nurəddin Butarfe, Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino, Rusiyanın energetika naziri Aleksandr Novak və Meksikanın hidrokarbonlar nazirinin müavini Aldo Flores-Quiroqa iştirak edir. Görüşdə Səudiyyə Ərəbistanı ilə yanaşı Əlcəzairdəki yığıncaqda nəzərdən keçirilən hasilatın azaldılması ilə bağlı qərara müsbət reaksiya verən OPEC-ə üzv İran və İraqın nümayəndələri iştirak etmir.
Qapalı keçirilən yığıncaqdan sonra müzakirələrə dair açıqlama verilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]