İQTİSADİYYAT
OPEC və qeyri-OPEC ölkələri hasilatın “dondurulması” ilə bağlı sentyabrda yenidən toplaşa bilər
Bakı, 5 avqust, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC neft istehsal edən ölkələr hasilatın “dondurulması” ilə əlaqədar sentyabrda yenidən toplaşa bilər.
AZƏRTAC “wsj.com”a istinadla xəbər verir ki, görüşün sentyabrın 26-da Əlcəzairdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatmışdı. Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə olunmamışdı. Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu isə Doha görüşünü şərh edərkən böyük ehtimalla OPEC və qeyri-OPEC neft hasilatçılarının iyunda yenidən toplaşacağını demişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]