İQTİSADİYYAT
OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması üzrə öhdəliyə yanvarda 86 faiz əməl ediblər
Bakı, 25 fevral, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma üzrə öhdəliyə yanvar ayında 86 faiz əməl edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC və qeyri-OPEC ölkələri üzrə Monitorinq Komitəsi məlumat yayıb. Bildirilir ki, OPEC və qeyri-OPEC ölkələri neft hasilatını azaltmaqla bağlı götürdükləri öhdəliyə nail olmaq baxımından düzgün yoldadırlar.
Qeyd edək ki, bu il yanvarın 1-dən OPEC ölkələrinin gündəlik neft hasilatını 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrel, qeyri-OPEC ölkələrinin isə sutkalıq istehsalını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi yanvar ayında tam yerinə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]