İQTİSADİYYAT


OPEC və qeyri-OPEC ölkələri qlobal neft hasilatının məhdudlaşdırılması üzrə müqavilə imzalayacaqlar

Bakı, 5 dekabr, Nihad Budaqov, AZƏRTAC

Bu həftə Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında qlobal neft hasilatının məhdudlaşdırılmasını nəzərdə tutan müqavilə imzalanacaq.

AZƏRTAC “energyvoice.com”a istinadla xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo bu gün Yeni Dehlidə keçirilən konfransda deyib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin görüşünün dekabrın 10-da Vyanada keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.