MƏDƏNİYYƏT
OPERA STUDİYASI TƏMİR OLUNACAQ
Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera studiyasinda baş vermiş yanğın təkcə studiyaya deyil, həm də bu binada yerləşən digər idarələrə də xeyli ziyan vurmuşdur. Alov dördmərtəbəli binanın sonuncu iki mərtəbəsini tamamilə sıradan çıxarmışdır. Binanın təmirinə xeyli vəsait tələb olunur.
Opera studiyasından AZƏRTAC-a bildirmişlər ki, hazırda binada təmizlik işləri aparılır. Dövlət Arxitektura və Tikinti Komitəsinin və bir neçə layihə institutunun ekspertləri artıq burada çalışırlar. Müvafiq qərar qəbul edildikdən və vəsait ayrıldıqdan sonra onlar əsaslı təmirə başlamaq fikrindədirlər. İndi kitabxananın və təşkilat texnikasının oradakı Musiqi Akademiyasının binasına köçürülməsi məsələsi həll olunur. Təmir işləri başa çatdıqdan sonra isə kitabxanada ən yeni aparatlar qoyulacaq və oxucu zalı açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]