ORDUBAD XALQ TEATRI YENİDƏN SƏHNƏDƏDİR
AZƏRTAC xəbər verir ki, 1964-cü ildən fəaliyyət göstərən Kazım Ziya adına Ordubad Xalq Teatrı uzun fasilədən sonra yenidən tamaşaçılarla görüşə hazırlaşır. Cəlil Məmmədquluzadənin “Kamança” əsərinin uğurlu səhnə həllindən sonra teatrın kollektivi “İki aktyorun teatrı”nı səhnələşdirməyə başlamışdır. Tamaşanın ssenari müəllifi Azər Əliyev, rejissoru Nəcəf Məmmədovdur. Rolları isə Azər Əliyev və Nəcəf Məmmədov ifa edirlər.