Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ÖZƏLLƏŞDİRİLƏN DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN, AQRARİSLAHATLARI NƏTİCƏSİNDƏ LƏĞV OLUNMUŞ VƏ İŞĞAL ALTINDA OLAN RAYONLARIN TƏSƏRRÜFAT SUBYEKTLƏRİNİN BORCLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 11, maddə 777; 2002-ci il N 10, maddə 585) 2.2-ci maddəsində “2000-ci il 1 oktyabr tarixinə” sözləri “2003-cü il 1 noyabr tarixinə” sözləri ilə əvəz edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin