İQTİSADİYYAT
ÖZƏL FİRMA SUMQAYITDA İLK EV TİKİR...
Mərasim iştirakçıları ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla andılar.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, şəhərin ilk qurucularından biri Dadaş Dadaşov, Milli Məclisin deputatı Asif İmaməliyev və başqaları çıxış edərək bildirdilər ki, əhalinin mənzillə təmin olunması şəhərin ən ağrılı problemlərindəndir. Son 20 il ərzində burada bir dənə də olsun, yaşayış binası tikilməmişdir. Şəhərin əhalisi isə demək olar, iki dəfə artmış və bu, çoxlu əlavə sosial problem yaradır. Ona görə də bu təşəbbüs xüsusilə təqdirəlayiqdir.
İl yarım ərzində Sumqayıtın mərkəzində - birinci mikrorayonda 2-3 otaqlı mənzilləri olan 10 mərtəbəli müasir yaşayış evi ucaldılacaqdır. Bu layihəni gerçəkləşdirən “Ruslan” mənzil-tikinti kooperativinin başçısı Tahir Qədəşovun sözlərinə görə, mənzillər Bakı şəhərindəkindən 2 dəfə ucuz olacaqdır.