DÜNYA
ÖZBƏKİSTAN PREZİDENTİNİN FƏRMANI İLƏ 25 MİN MƏHBUS AMNİSTİYAYA DÜŞMÜŞDÜR
Özbəkistan Prezidenti İslam Kərimov bu ölkənin Konstitusiya günü münasibətilə amnistiya haqqında fərman imzalamışdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fərmana görə, ağır cinayət törətməyən məhbuslar, ilk dəfə mühakimə olunmuş qadınlar, 1-ci və 2-ci qrup əlillər, ağır xəstələr azadlığa buraxılacaqlar. Cinayət törətdiyi vaxta qədər respublikadan kənarda yaşayan və azadlığa buraxıldıqdan sonra Özbəkistanda yaşamaq hüququ olmayan xarici ölkə vətəndaşları da azad ediləcəklər.
Bu fərmanla 25 min məhbus amnistiyaya düşür. Onların 7 mini 3 ay müddətində evlərinə buraxılacaqdır. Qalanlarının isə müddəti yarıbayarı azaldılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]