QAN YADDAŞI
O gün olsun ki...
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün Azərbaycan xalqı üçün ən ağır günlərdən biridir. Erməni vandallarının həmyerlilərimizə qarşı törətdiyi Xocalı soyqırımından 25 il ötür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasında baş mütəxəssisi Yusif Zeynalov səsləndirib.
25 il öncə törədilən vəhşiliyin günahsız qurbanlarını anmaq üçün bura yığışmışıq. O gün olsun ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edək. Qətlə yetirilən, şəhid olan həmyerlilərimizin qisasını ermənilərdən alaq. Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm.
Sonda müsahibimiz Zəngilan rayonundan məcburi köçkün olduğunu və 3 ay mühasirədə qaldıqlarını da qeyd edib.