DÜNYA


Obama administrasiyası Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşmanı ratifikasiyadan imtina etmək niyyətindədir

Tokio, 12 noyabr, AZƏRTAC

Barak Obama administrasiyası Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmanı ratifikasiyadan imtina etmək niyyətindədir.

ABŞ-ın bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Prezident administrasiyasının rəsmi nümayəndələri etiraf ediblər ki, Obamanın hakimiyyətinin son aylarında TPP barədə heç bir addım atılmayacaq. Həmin nümayəndələr bildiriblər ki, yeni Prezident Donald Trampın və hakim Respublikaçılar Partiyasından olan deputatların mövqeyi bu razılaşma üçün heç bir şans qoymayıb.

Noyabrın 11-də Ağ Evin rəsmi nümayəndəsi Ben Rods məlumat verərək bildirib ki, Prezident Barak Obama noyabrın 19-da Peruda başlayacaq APEC sammiti çərçivəsində razılaşmanın üzvü olan ölkələrin liderləri ilə görüşməyi planlaşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.