CƏMİYYƏT


“Obi” robotu əlillərə qida qəbulunda kömək edəcək

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

ABŞ-ın “Desin” şirkəti sağlamlıq imkanları məhdud insanlara kömək üçün nəzərdə tutulan robotlaşdırılmış əl hazırlayıb.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, şirkətin istehlak robot texnikası üzrə ilk məhsulu olan “Obi” adlı robot beyin iflici və ya Parkinson xəstəliyi kimi xəstəliklərdən əziyyət çəkən insanların yaşayış keyfiyyətini yaxşılaşdıra bilən müasir mətbəx cihazına oxşayır. Robotun dörd ayrı-ayrı boşqabı müxtəlif yeməklərlə doldurulduqdan sonra istifadəçi özünü sadə idarəetmə interfeysi vasitəsilə müstəqil yedizdirə bilər. Belə ki, düymələrdən biri boşqablar arasında robotlaşdırılmış əlin yerini dəyişir, digəri isə seçilmiş boşqabdan yedizdirmə prosesini işə salır.

İnterfeysi istifadəçinin konkret tələb və imkanlarından asılı olaraq qurmaq olar. Qurğu dəstində tədarük edilən böyük qırmızı düymələr əlləri işləyən, lakin kiçik motorika (əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işi) qabiliyyətini itirən insanlara kömək edəcək.

Bundan başqa, bu düymələr ayaqları işləyən insanlar üçün döşəmədə yerləşdirilə bilər. Robot havada istifadəçinin ağzının harada yerləşməsini müəyyənləşdirmək üçün kənar şəxsin köməyi ilə müəyyən vəziyyətdə quraşdırılan və onu istifadəçinin ağzının olduğu yer kimi yadda saxlayan “Teach Mode” funksiyasından istifadə edir.

“Obi” robotunu istehsalçının saytında 4 min 500 dollara sifariş etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.