İQTİSADİYYAT


Ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə işçi qrupunun görüşü keçirilib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının inkişaf etməsi, ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması və bu hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə işçi qrupunun növbəti görüşü keçirilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, işçi qrupuna Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, ölkənin bir sıra kommersiya bankları, prosessinq xidmət mərkəzləri və hüquq-mühafizə orqanlarının ekspertləri daxildir.

"Mastercard Worldwide" beynəlxalq kart təşkilatının ödəniş kartları üzrə risklər sahəsində biznes lideri Cem Kibaroğlu çıxış edərək, beynəlxalq təcrübədə fırıldaqçılıq sahəsində son tendensiyalar və onlara qarşı preventiv mübarizə tədbirləri barədə ətraflı məlumat və müvafiq tövsiyələr verib.

Ümumiyyətlə, ötən dövr ərzində işçi qrup tərəfindən bankların aidiyyəti mütəxəssisləri üçün beynəlxalq kart təşkilatları ilə birlikdə risklərin idarə olunması, elektron ödənişlərdə kibercinayətkarlıq hallarının aradan qaldırılması istiqamətində bir sıra seminarlar keçirilib, müxtəlif normativ hüquqi aktların müzakirəsi, kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanıb və digər tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.