Odessada silahlı insident baş verib: 3 nəfər ölüb
Odessa, 20 yanvar, AZƏRTAC
Ukraynanın Odessa şəhərində polislərlə silahlı şəxs arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb. Onlardan biri polis əməkdaşı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Milli Polisinin rəhbərinin müşaviri Ruslan Forostyak məlumat verib.
Silahlı əməliyyat zamanı silahlı şəxs və onun yaxını, xəstəxanaya ağır vəziyyətdə yerləşdirilən polis həyatını itirib. Hadisə zamanı daha iki polis xəsarət alıb.
Zərərsizləşdirilən silahlının cibindən 4 qranat tapılıb. Həmin şəxs silahdan bir neçə dəfə istifadəyə görə axtarışda idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:16]
Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]