ELM VƏ TƏHSİL


Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Bakı, 21 iyul, AZƏRTAC

Odlar Yurdu Universiteti 2017/2018-ci tədris ili üçün gənc müəllimlərin işə qəbulunu elan edir.

Universitet üç ali təhsil pilləsi (bakalavr, magistr və doktorantura) üzrə tədris verməkdədir. Bakalavr pilləsi üzrə 17 ixtisas, magistr pilləsi üzrə 11 və doktorantura pilləsi üzrə 7 ixtisas üzrə kadr hazırlığı aparılır.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bakalavr pilləsində kompüter mühəndisliyi, ekologiya mühəndisliyi (neft-qaz üzrə), beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, menecment, marketinq, biznesin idarə edilməsi, turizm və otelçilik, dövlət və bələdiyyə idarəetməsi, filologiya, tərcümə (ingilis dili), xarici dil müəllimliyi (ingilis), dizayn, biologiya (mikrobiologiya istiqaməti üzrə), psixologiya ixtisasları üzrə tədris verir.

Magistratura pilləsində xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə), biologiya fənninin tədrisi metodikası və metodologiyası, Azərbaycan dili və ədəbiyyatı, beynəlxalq münasibətlər və diplomatiya, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq maliyyə və valyuta–kredit münasibətləri, bank işi, maliyyə nəzarəti və audit, biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə), neft və qaz yataqlarının işlənməsi, kompüter mühəndisliyi, idarəetmədə informasiya sistemləri ixtisasları üzrə kadr hazırlığı aparılır.

Doktorantura pilləsində isə maye, qaz və plazma mexanikası, mikrobiologiya, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, dünya iqtisadiyyatı, sahələrin iqtisadiyyatı, dil nəzəriyyəsi, ümumi psixologiya ixtisasları üzrə kadrlar hazırlanır.

Müsabiqəyə sənədləri təqdim etmiş namizədlərin təhsil göstəriciləri təyin olunmuş meyarlar əsasında qiymətləndiriləcək. Xaricdə təhsil alan və beynəlxalq təcrübəyə malik olan namizədlərə üstünlük veriləcək.

Vakansiya tələblərinə görə, diplomların sürəti, motivasiya məktubu, iş təcrübəsinə dair tövsiyə məktubu, CV təqdim olunmalıdır. Müsabiqəyə yalnız meyarlara uyğun gələn namizədlər dəvət olunacaq.

Maraqlananlar sənədlərini avqustun 15-dək [email protected] e-poçt ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.