CƏMİYYƏT


“Odlar yurdu – Azərbaycan” layihəsi yekunlaşıb

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Odlar yurdu – Azərbaycan” layihəsinin icrası başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Yamən Hüseynov əsas məqsədin gənclər arasında tarix, mədəniyyət və iqtisadiyyat üzrə inşa yazı müsabiqələrinin keçirilməsi ilə onların bilik və bacarıqlarının artırılması olduğunu bildirib.

Layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə bu ali təhsil müəssisəsinin tələbələri arasında təşkil edilib. Üç gün davam edən bilik yarışında 50 tələbə və gənc iştirak edib. Gənclərin Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə bağlı yazıları təşkilat komitəsi tərəfindən qiymətləndirilib.

Sonda bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça, buklet və sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.