Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Oftalmoloqların regional konfransında müasir müayinə və müalicə metodları nümayiş olunub VİDEO

Gəncə, 26 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən üçüncü regional konfransda qarşıda duran məsələlər müzakirə edilib və yeni tədbirlər planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva ölkədə səhiyyənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar səhiyyə sahəsinə də müsbət təsir göstərib. Son illər ölkəmizdə çoxsaylı xəstəxanalar tikilib, müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlayıb. Səhiyyə müəssisələri müasir tibbin ən son texnoloji avadanlıqlar ilə təchiz olunub. Ölkə səhiyyəsini yüksəkixtisaslı və peşəkar kadrlarla təmin etmək məqsədilə gənclərimiz dövlətin dəstəyi ilə dünyanın nüfuzlu tibb universitetlərində təhsil alıb, yaxud müvafiq ixtisasartırma kurslarına göndəriliblər. Həmçinin ölkə əhalisinin sağlamlığının qorunması üçün Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bütün regionlarda sakinlərin kütləvi tibbi müayinəsi təşkil edilib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların pulsuz qan və dərmanlarla təminatı, eləcə də müalicəsi üçün ayrı-ayrı dövlət proqramları həyata keçirilib.

Konfransda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova bildirib ki, üçüncü regional konfransın əsas məqsədi oftalmologiya sahəsindəki tibbi yenilikləri bölüşmək, hər bir oftalmoloqun ümumi təcrübəsində təsadüf olunan müayinə və müalicə üsullarını iştirakçılara təqdim etməkdir. Həmçinin əhali arasında oftalmoloji maarifləndirməni gücləndirmək, yerli kadrların xarici ölkələrdə keçiriləcək konfranslarda iştirakını təmin etmək və bu istiqamətdə tədbirlər planı hazırlamaqdır.

Son illərdə səhiyyə sistemində aparılan islahatların oftalmologiya sahəsində ciddi inkişafa səbəb olduğunu qeyd edən Aytən Sultanova vurğulayıb ki, Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqət sayəsində hazırda Azərbaycan oftalmologiyası müasir tibbin ən yüksək zirvəsinə yüksəlib. Məhz bunun nəticəsidir ki, son vaxtlar bir çox pasiyentlər xarici ölkələrdə deyil, yerli göz xəstəxanalarında müayinə və müalicəyə üstünlük verirlər.

Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Cənubi Qafqazda fəaliyyət göstərən ən böyük ixtisaslaşmış tibb müəssisəsidir. Hazırda bu Mərkəz yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Burada müasir tibdə istifadə edilən ən son müayinə və müalicə metodları, eləcə də cərrahi üsullar tətbiq olunur.

Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində həyata keçirən tədbirlərin yalnız Bakı şəhəri ilə məhdudlaşmadığını deyən Aytən Sultanova vurğulayıb ki, son illərdə ölkənin bir çox regionlarında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialları açılıb. Hazırda həmin filiallarda bütün növ göz xəstəlikləri müayinə və müalicə edilir, cərrahiyyə əməliyyatları aparılır.

Dünyada oftalmologiya sahəsində keçirilən beynəlxalq konfranslardan danışan Aytən Sultanova deyib ki, indi Azərbaycan alimləri bu tədbirlərdə fəal iştirak edir və müasir dövrdə oftalmologiyanın qarşısında duran məsələlərin həlli ilə bağlı müzakirələrə qoşulurlar. Təqdirəlayiqdir ki, azərbaycanlı həkimlər həmin konfranslarda yeni müalicə üsulları və müayinə metodları irəli sürürlər.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin ikinci regional konfransında qarşıya qoyulan məsələlərin uğurlu həllinə nail olunduğunu deyən Aytən Sultanova bildirib ki, bu illər ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivinin fəaliyyəti yalnız bura müraciət edən pasiyentlərin müayinə və müalicəsi ilə məhdudlaşmayıb. Kollektiv Mərkəzin həm özündə, həm də filiallarda müasir oftalmologiyada istifadə olunan bütün müayinə və müalicə üsullarının tətbiqinə nail olub.

Sonda konfransda iştirak edən alim və həkimlərin ölkədə uğurlu müalicə yolları tapılan xəstəliklər haqqında elmi məruzələri dinlənilib. Onlar gənc kadrları bu xəstəliklərin müayinə və müalicəsində tətbiq olunan müasir metodlarla tanış ediblər.

Oftalmoloqların regional konfransında müasir müayinə və müalicə metodları nümayiş olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəbrayılda minalar aşkar edilib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO

“Sabah” “Qarabağ”ın 18 matçlıq məğlubiyyətsizlik seriyasını qırıb

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

® “PAŞA Qrup” şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

“Şah dili-dalğalar və fırçalar”