MƏDƏNİYYƏT


“Oğlan evi-2” filminin çəkilişləri yekunlaşıb

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Ötən ilin kinokomediya janrında çəkilmiş ən uğurlu filmlərindən sayılan “Oğlan evi” filminin II hissəsinin çəkilişləri yekunlaşıb.

AZƏRTAC filmin “facebook”dakı səhifəsinə istinadla bildirir ki, premyerası dekabra planlaşdırılan ekran əsərinin üzərində montaj işləri aparılır.

Filmdə aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlu çəkilib. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alıblar. Bu dəfə də ekran əsərində maraqlı və əyləncəli hadisələr əksini tapacaq.

Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.

Qeyd edək ki, filmdə əsas hadisələr birinci hissədən ən çox yadda qalan Baba obrazının ətrafında cərəyan edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.