MƏDƏNİYYƏT


“Oğlan evi-2”nin ekranlara çıxacağı vaxt bəlli olub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, ötən ilin ən uğurlu kinokomediya janrında çəkilmiş filmlərindən olan “Oğlan evi” filminin II hissəsinin çəkilişləri davam edir.

AZƏRTAC ekran əsərinin “facebook”dakı səhifəsinə istinadla bildirir ki, filmin dekabrda ekranlara çıxacağı planlaşdırılır. Filmə yeni rol ifaçısı kimi “Bozbash Pictures” serialından tanıdığımız aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlu qatılacaq. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alıblar. Bu dəfə də ekran əsərində maraqlı və əyləncəli hadisələr əksini tapacaq.

Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.

Qeyd edək ki, filmin əsas hadisələri birinci hissəsində ən çox yadda qalan Baba obrazının ətrafında cərəyan edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.