REGİONLAR


“Oğru” tamaşası Sumqayıt teatrının səhnəsində VİDEO

A+ A

Sumqayıt, 21 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 48-ci teatr mövsümünün ilk premyerası təqdim edilib. Teatr fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında hazırlanmış tamaşanı teatrsevərlərin ixtiyarına verib. Tamaşa rejissor Rövşən Almuradlının traktovkasında hazırlanıb.

AZƏRTAC xəbər verir ki, premyera böyük maraqla qarşılanıb.

İkihissəli satirik tamaşada kasıb bir fransız ailəsində ər, arvad və onun sevgilisi arasındakı münasibətlər öz əksini tapıb.

Tamaşada Əməkdar Artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, İlahə Səfərova rol alıblar. Səhnə əsərinin bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı isə Osman Salmanovdur.

Qeyd edək ki, yaxın günlərdə teatrın baş rejissoru Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi “Qan qardaşları” tamaşası da teatrsevərlərə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.