CƏMİYYƏT
Oğurlanmış nəqliyyat vasitəsi gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakı, 22 iyun, AZƏRTAC
Oğurlanmış nəqliyyat vasitəsi gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.
Baxış zamanı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinin Rusiya Federasiyasında oğurlanması və axtarışda olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.