CƏMİYYƏT


Oğuz rayonunda “Oxucu klubu” layihəsinin icrasına start verilib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Oxucu klubu” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, üç ay müddətində davam edəcək layihənin əsas məqsədi rayon gəncləri arasında mütaliəyə marağı artırmaq, gəncləri daha da həvəsləndirmək, onların asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq məqsədilə “Oxucu klubu” təşkil etməkdir.

Gənclər “Oxucu klubu”nda layihə çərçivəsində alınmış 150-dən çox kitabın müzakirəsi üçün dəvət olunacaq ekspertlər, ziyalılar, yazıçı və şairlərlə görüşlər keçirəcəklər. “Oxucu klubu”nda ilk toplantılar noyabrın 21-də, 25-də və 28-də Oğuz rayonundakı Bilik evində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.