REGİONLAR
Oğuz rayonunda qısa müddətdə 560 hektar sahədə yeni fındıq bağları salınıb
Oğuz, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Oğuz rayonunda da uğurla icra olunur. Gələn ilin sonunadək rayon ərazisində 2 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb və qısa müddətdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 560 hektarda yeni fındıq bağları salınıb. Eyni zamanda, 700 hektar torpaq sahəsi kol-kosdan təmizlənərək şumlanıb, mala çəkilib və əkin üçün hazır vəziyyətə gətirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, hazırda Oğuz rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 1600 hektardır. Bu bağların 1122 hektarı barverəndir.