REGİONLAR


Oğuz rayonunun ucqar kəndinə içməli su xətti çəkilib

Oğuz, 25 yanvar, AZƏRTAC

Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində Oğuz rayonunun Xaçmazqışlaq kəndində həyata keçirilən “İçməli su xəttinin çəkilişi” layihəsinin icrası başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Xaçmazqışlaq kəndinə içməli su xəttinin ötən əsrin 60-70-ci illərində çəkildiyi bildirilib. Qeyd olunub ki, uzun illər istismarda olduğundan kəndin içməli su təsərrüfatı son vaxtlar tamamilə yararsız vəziyyətə düşmüşdü. Bu da sakinlər üçün müəyyən problemlər yaradırdı. Kənd icmasının müraciəti nəzərə alınaraq, Kənd İnvestisiya Layihəsi çərçivəsində yaşayış məntəqəsinə polietilen borularla 7 min metr uzunluğunda su xətti çəkilib, kollektor qoyulub, 25 kubmetr tutumu olan su anbarı inşa edilib. Layihə baş çatdıqdan sonra Xaçmazqışlaq icmasının 600 nəfərə yaxın əhalisi keyfiyyətli içməli su ilə tam təmin olunub.

Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Su xəttinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.