REGİONLAR


Oğuzda 17 min hektardan çox taxıl sahəsinin məhsulu biçiləcək

Oğuz, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun taxılçılıq təsərrüfatlarında arpa biçininə başlanılıb. Rayonun Muxas, Baş Daşağıl, Bucaq kəndlərinin ərazilərində ilk iki gündə 132 hektar arpa sahəsinin məhsulu biçilib, 302 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 22,9 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin məsul nümayəndəsi Qəmzə Süleymanova məlumat verib.

Cari mövsümdə rayonda 17 min 157 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 12 min 747 hektarını buğda, 4 min 410 hektarını arpa sahələri təşkil edir.

Rayon üzrə taxıl biçininə 37 kombayn, həmçinin lazımi qədər küləş presləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb olunub.

İcra hakimiyyətinin təmsilçisinin bildirdiyinə görə, rayonda barama tədarükü də mütəşəkkil qaydada davam etdirilir. Kümçülər indiyədək “Şəki-İpək” ASC-yə 2 min 127 kiloqram yaş barama təhvil veriblər. Oğuz rayonu üçün bu il baramaçılıqda hədəf isə 4 tondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.