REGİONLAR
Oğuzda 2 min hektar sahədə qoz bağı salınacaq
Oğuz, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığındakı “Balşum” adlanan ərazidə, dövlət ehtiyat fondu torpaqlarına aid 2 min hektar sahədə yeni qoz bağının salınması üçün hazırlıq işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Hazırda ərazi texnikanın köməyi ilə kol-kosdan təmizlənərək şumlanır, tinglərin əkilməsi üçün hazır vəziyyətə gətirilir. Burada əkiləcək yüksək məhsuldar qoz ağacı tinglərinin Türkiyədən gətirilməsi planlaşdırılır. Tinglərin cari ilin yazında əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda rayon ərazisində dövlət meşə fonduna aid torpaq sahələrində 135 hektar qoz bağı var. Bu bağların 103 hektarı barverəndir. Ötən il qoz bağlarından 311 ton məhsul tədarük olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]