REGİONLAR
Oğuzda buğda istehsalı 5 min tondan çox artıb
Oğuz, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsüm Oğuz rayonunun taxılçıları üçün də uğurlu olub. Fermerlər 17 min 165 hektar taxıl sahəsindən 45 min 920 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 26,8 sentner təşkil edib. Sevindirici haldır ki, builki mövsümdə buğda istehsalı əvvəlki illə müqayisədə 5 min 382 ton artıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, taxıl biçini kampaniyasının ilk günlərində havaların qeyri-sabit keçməsi, intensiv yağışların yağması biçinin gedişinə mənfi təsir göstərsə də, fermerlər bütün qüvvələri səfərbər edərək, biçini optimal müddətdə başa çatdırmağa müvəffəq olublar. Tədarük olunan taxılın 33 min 973 tonu buğda, qalanı isə arpa və vələmirdir.
Hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]