REGİONLAR


Oğuzda cüdo üzrə açıq birincilikdə 100-dən çox idmançı mübarizə aparıb

A+ A

Oğuz, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC 

18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Oğuz Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyində 107 idmançı mübarizə aparıb.

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, birincilikdə yerli idmançılarla yanaşı, Bakı şəhəri və Qəbələ rayonundan olan cüdoçular da iştirak ediblər. Paytaxt idmançıları birincilikdə 4 komanda ilə təmsil olunublar. Yarışlar 11 çəki dərəcəsi üzrə keçirilib.

İki gün davam edən birinciliyin yekununda hər çəki dərəcəsi üzrə qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.