REGİONLAR


Oğuzda fındıqçılıq, tütünçülük və baramaçılığın inkişaf etdirilməsi üçün hədəflər müəyyənləşdirilib

A+ A

Oğuz, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədilə Oğuz rayonunda fındıqçılıq, tütünçülük və baramaçılığın inkişaf etdirilməsi üçün konkret hədəflər müəyyənləşdirilib.

Rayon icra hakimiyyətinin rəsmisi Qəmzə Süleymanova AZƏRTAC-a bildirib ki, kənd əhalisinin əsas gəlir mənbələrindən olan fındıqçılığı inkişaf etdirmək üçün yaxın illərdə rayon ərazisində 2 min hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Hazırda isə rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 1555 hektardır. Bu bağların 1122 hektarı barverəndir. 2015-ci ildə rayonun fındıq bağlarından 996 ton məhsul əldə olunub.

Tütünçülüyün inkişaf etdirilməsi də prioritet istiqamətlərdən biri olaraq qarşıya qoyulub. Gələn il üçün tütün əkini sahələrinin 10 dəfə artırılaraq 200 hektara çatdırılması nəzərdə tutulur. Bu, eyni zamanda, aqrar sahədə yüzlərlə yeni iş yerinin açılması deməkdir.

Gələcəkdə Oğuzda barama istehsalına da başlanılacaq. Bu məqsədlə cari ilin payızında rayon ərazisində 35 hektar sahədə tut bağlarının salınması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.