REGİONLAR


Oğuzda futbol üzrə rayon birinciliyi keçirilir

Oğuz, 24 may, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz Olimpiya İdman Kompleksinin stadionunda Respublika Gününə həsr olunmuş futbol üzrə rayon birinciliyində Oğuz şəhərini və kəndləri təmsil edən 16 komanda mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarış rayonda idmanın kütləviliyini daha da artırmaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq məqsədi daşıyır.

Birinciliyə iyunun əvvəlində yekun vurulacaq.

Qalib komandalar kubok, medal və diplomlarla mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.