REGİONLAR


Oğuzda indiyədək 13 min hektardan çox sahəyə taxıl səpilib

Oğuz, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün 17 min hektardan çox sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda səpin kampaniyası mütəşəkkil davam etdirilir. Məhsul istehsalçıları bu günədək 16 min 200 hektar sahədə şum aparıb, 13 min hektardan çox sahəyə toxum səpiblər. Taxıl əkilən sahələrin 10 min hektarını buğda, qalanını isə arpa sahələri təşkil edir.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, səpin üçün lazım olan 3411 ton yüksək reproduksiyalı toxumun 2 min tona yaxını rayonda fəaliyyət göstərən özəl toxumçuluq təsərrüfatları tərəfindən ayrılıb.

Səpinin dekabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.