REGİONLAR


Oğuzda payızlıq taxıl səpini başlayıb

A+ A

Oğuz, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin payızında Oğuz rayonunun təsərrüfatlarında 17,5 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır. Bir neçə gündür ki, təsərrüfatlarda səpinə start verilib. Rayonun Bucaq, Kərimli, Yaqublu kəndlərində artıq 100 hektardan çox sahəyə arpa toxumu səpilib.

Bu barədə AZƏRTAC-a Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, payızlıq səpin üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən 1722 ton toxum fondu ayrılıb. Bu günədək təsərrüfatlarda 5 min hektar sahədə şum çıxarılıb. Səpinin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Təsərrüfatlarda, eyni zamanda, bitkiçilik məhsullarının yığımı davam etdirilir. Oğuzlu fermerlər bu günədək 120 hektar qarğıdalı sahəsindən 711 ton məhsul əldə ediblər. Bundan əlavə, təsərrüfatlarda 10 ton quru tütün, 3754 ton kartof, 3230 ton tərəvəz, 2568 ton meyvə istehsal olunub.

Rayonda yeni fındıq bağlarının salınması istiqamətində də iş aparılır. Bu məqsədlə 2 min hektar sahə müəyyənləşdirilib. Hazırda həmin sahələrin əkinə hazırlanması işləri görülür, mövcud bağların uçotu dəqiqləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.