REGİONLAR


Oğuzda zəmilərdən 42 min tona yaxın taxıl yığılıb

Oğuz, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Fermerlər cari mövsümdə 17 min 224 hektar taxıl sahəsindən 42 min tona yaxın məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 24,4 sentner təşkil edib. Tədarük olunan taxılın 31 min 728 tonu buğda, qalanı isə arpa və vələmirdir.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Qurumdan onu da bildiriblər ki, hazırda rayonun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. Oğuzlu fermerlər bu il 200 hektar sahədə tütün yetişdiriblər. Tütünçülər indiyədək sahələrdən 300 ton “Virciniya” növlü yaşıl tütün kütləsi toplayaraq emal məntəqəsinə təhvil veriblər. Bundan əlavə, fermerlər yetişdirdikləri yerli tütün sortlarından bu günədək 10 ton quru tütün istehsal ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.