REGİONLAR


Oğuzun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Oğuz rayonunun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayonun 1359 abonenti olan Xaçmaz kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 135 kilometr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, 1359 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rayonun 391 abonenti olan Sincan kəndinə də ilk dəfə təbii qaz verilib. Bu məqsədlə 42 kilometrə yaxın qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.