REGİONLAR


Oğuzun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumu çıxarılır

A+ A

Oğuz, 7 avqust, AZƏRTAC

Taxıl yığımı başa çatdıqdan sonra Oğuz rayonunun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına və təkrar əkinlərə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək 1012 hektar sahədə yay şumu çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 130 hektar çoxdur. Fermerlər, eyni zamanda, 10 hektar sahədə təkrar əkin həyata keçiriblər.

Rayonun təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının yığımı da mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək sahələrdən 3734 ton kartof, 2618 ton tərəvəz, 600 tondan çox meyvə, 40 ton bostan məhsulları əldə ediblər. Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Bundan əlavə, rayonun toxumçuluq təsərrüfatlarında payızlıq dənlilərin səpini üçün 3391 ton taxıl fondu da yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.