REGİONLAR


Oksana Yablonskaya: Azərbaycan xalqının böyük bəstəkarları, gözəl musiqiləri var VİDEO

A+ A

Qəbələ, 5 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ Beynəlxalq Musiqi Festivalının belə bir gözəl yerdə, dağlar, meşələr arasında, tanınmış ifaçıların iştirakı ilə keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycanda çoxlu musiqiçi dostlarım var. Bu festivalı təşkil edənlərə, belə bir gözəl təşəbbüs irəli sürənlərə minnətdarlığımı bildirirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qəbələ IV Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, dünya şöhrətli pianoçu Oksana Yablonskaya deyib.

Oksana Yablonskaya bildirib ki, tamaşaçılar festival çərçivəsində keçirilən konsertlərə böyük maraq göstərirlər: “Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestri ilə birgə konsertimin sonunda tamaşaçılar bizi ayaq üstə alqışladılar. Musiqiçiyə bundan böyük hədiyyə ola bilməz. Çox şadıq ki, Azərbaycan və Avropa bəstəkarlarının əsərini yüksək səviyyədə ifa edə bildik. Azərbaycan xalqının böyük bəstəkarları, gözəl musiqiləri var”.

Dünya şöhrətli pianoçu Qəbələ IV Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinə sədrlik etdiyini, orada istedadlı gənclərin iştirakına görə sevindiyini bildirib: “Burada gənc pianoçular öz bacarıqlarını nümayiş etdirirlər. Bu gün axşam nəticələr elan olunacaq. Beynəlxalq musiqi festivalında tanınmış musiqiçilərlə yanaşı, gənclərin də iştirakını yüksək qiymətləndirirəm.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.