REGİONLAR
“Oksfam” Beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi illik hesabat forumu keçirəcək
Bakı, 18 dekabr, AZƏRTAC
Böyük Britaniyanın “Oksfam” Beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin və Avropa Ittifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmək” və “Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: çiyələk və tərəvəz dəyər zəncirlərinin yaradılması üçün əlverişli şəraitin yaradılması yolu ilə kiçik fermerlərin dəstəklənməsi” layihələrinin birinci ilinin nəticələri açıqlanacaq.
“Oksfam”ın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 19-da Bakıda bu münasibətlə keçiriləcək illik hesabat forumunda bir sıra hökumət qurumlarının, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə, həmçinin “Qadın üçün 16 gün” layihəsi çərçivəsində elan olunmuş məqalə və video müsabiqələrinin qalibləri mükafatlandırılacaqlar.