İQTİSADİYYAT


Oktyabrda BTC kəməri ilə 2,3 milyon tondan çox Azərbaycan nefti nəql edilib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC 

Bu ilin oktyabr ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 360 min 330 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında isə bu kəmərlə 24 milyon 403 min 652 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il noyabr ayının 1-ə qədər BTC-yə 317 milyon 79 min 041 ton neft vurulub.

Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 263 min 869 ton Türkmənistan nefti nəql edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.