İQTİSADİYYAT


Oktyabrda Bakıda "Ticarət heyəti proqramı" təşkil olunacaq

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Oktyabr ayında Bakıda İstanbul Mədən və Metallar İxracatçılar Birliyi tərəfindən türk şirkətlərinin iştirakı ilə "Ticarət heyəti proqramı" təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, fondda İstanbul Mədən və Metallar İxracatçılar Birliyi nəzdindəki İnformasiya Texnologiyaları İxracat Komissiyasının nümayəndələri ilə görüş keçirilib. Görüş çərçivəsində ixrac və investisiya sahəsində qarşılıqlı əməkdaşlığa dair imkanlar, informasiya texnologiyaları üzrə hər iki tərəfi maraqlandıran aktual məsələlər və həmçinin, oktyabr ayında Bakıda İstanbul Mədən və Metallar İxracatçılar Birliyi tərəfindən təşkil olunacaq "Ticarət heyəti proqramı" geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.