REGİONLAR


Oktyabrda “Mingəçevir” SES-də 41,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Cari ilin oktyabr ayında “Mingəçevir” su elektrik stansiyasında (SES) 41,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. 2016-cı ilin ötən 10 ayında isə SES-də 492,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 115,2 milyon kilovat-saat artıqdır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansiyada avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Qeyd edək ki, ümumi gücü 424,6 MVt olan bu elektrik stansiyası 1953-cü ildə istismara verilib və 6 hidroaqreqatdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.