DÜNYA
Oktyabrda Qırğızıstan parlamentinə seçkilər keçiriləcək
Bişkek, 5 sentyabr, AZƏRTAC
Oktyabrın 5-də Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər keçiriləcək.
Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının verdiyi məlumata görə, sentyabrın 4-dən seçkilərlə bağlı təbliğat və təşviqat kampaniyasına start verilib. Kampaniya oktyabrın 3-dək davam edəcək.
Məlumatda deyilir ki, seçkilərdə Qırğızıstanın Sosial Demokrat Partiyası, “Ata Jurt”, “Ata Məkan”, “Bir Bol”, “Ar-Namıs”, “Onuquu Proqres”,”Kırqızıstan”,”Azattık”,”Aalam”,”Butun Kırqızıstan Emqek”, “Zamandaş”,” Ulu Kırqızıstan”, “Meken Intımaqi” və “Qırğızıstan xalqlarının Konqresi” partiyaları iştirak edəcək.
Artıq beynəlxalq müşahidəçilərin qeydə alınması prosesi başlanıb.
Seçkilərdə Azərbaycandan müşahidəçilər də iştirak edəcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]