DÜNYA


Oktyabrda Rusiya neft hasilatında yeni rekorda imza atıb

A+ A

Bakı, 2 noyabr, Nihad Budaqov, AZƏRTAC

Oktyabrda Rusiyanın orta gündəlik neft hasilatı illik müqayisədə 3,9 faiz, aylıq müqayisədə isə 1 faiz artaraq 11 milyon 204 min barrelə çatıb.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bununla da Rusiyada neft hasilatı sentyabrdakı 11 milyon 110 min barrel/gün olan rekordunu təzələyib.

Xatırladaq ki, sentyabrda Rusiyanın neft hasilatı son 25 ildə ilk dəfə 11 milyon barrel/gün həddini keçmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.