REGİONLAR


Oktyabrda “Şəmkirçay” SES-də 4,2 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

2016-cı ilin oktyabr ayında “Şəmkirçay” Su Elektrik Stansiyasında (SES) 4,2 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Cari ilin ötən ayları ərzində isə elektrik enerjisi istehsalı 39 milyon kilovat-saatdan artıq olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ildə stansiyada elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilib. Bu ilin son üç ayı ərzində stansiyada qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib.

Qeyd edək ki, ümumi gücü 25 MVt olan bu elektrik stansiyası 2014-cü ildə istismara verilib və 6 hidroaqreqatdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.