İQTİSADİYYAT


Oktyabrda VIII Azərbaycan mikromaliyyə konfransı keçiriləcək

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 6-7-də Bakıda "Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək" adlı VIII Azərbaycan mikromaliyyə konfransı keçiriləcək.

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, konfransda Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər nümayəndələri, Gürcüstan, Rusiya və Orta Asiya da daxil olmaqla, mikromaliyyə sektorunun inkişafında maraqlı olan bank olmayan kredit təşkilatlarının, bankların, 12-dən çox ölkədən investor şirkətlərinin, texniki xidmət təminatçılarının ixtisaslaşmış maliyyə ekspertlərinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.