CƏMİYYƏT
Oktyabrda bir milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Oktyabrda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən 1 milyon 223 min 59 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 456 partlamamış hərbi sursat və piyada əleyhinə 3 mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmizləmə işlərində 490 nəfərlik əməliyyat və 126 nəfərlik inzibati heyətlər iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 389 milyon 603 min 952 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatın sayı 752 min 702-dir.
Oktyabrda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tərtər, Salyan, Xocavənd və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.
Ay ərzində bir mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]