Oktyabrda dayanıqlı inkişafla bağlı Bakı Forumu keçiriləcək
Tbilisi, 28 may, AZƏRTAC
“Bu ilin oktyabrında dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş Bakı Forumu keçiriləcək. Məqsədimiz dayanıqlı inkişafla bağlı Azərbaycan modelini dünyaya çatdırmaqdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov söyləyib.
O deyib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların inkişaf proqramlarına qoşulub. Bu gün dünya ölkələrinin diqqət mərkəzində olan dayanıqlı inkişaf məqsədləri təşəbbüsü artıq iki ildir ki, Azərbaycanda uğurla icra olunur.
Azərbaycan Prezidentinin 2016-cı il 6 oktyabr tarixli sərəncamı ilə respublikamızda dayanıqlı inkişafla əlaqədar Milli Əlaqələndirmə Şurası yaradılıb. Bir çox ölkələrin təcrübəsinə baxsaq görərik ki, Azərbaycan yeganə ölkələrdəndir ki, inkişaf məsələlərini ölkənin vacib istiqamətlərindən biri hesab edir.
“Dayanıqlı inkişaf məsələlərinə ölkəmiz çox böyük önəm verir. Hazırda müxtəlif istiqamətlərdə dövlət proqramları, strateji sənədlərin bu inkişaf məqsədlərinə uyğunlaşdırılması istiqamətində intensiv iş aparılır”, - deyə Hüseynov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [15:20]
Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 88 faizdən çox artıb
- 15.09.2026 [15:16]
İxraca göndərilən neft məhsullarının həcmi 41 faizə yaxın artıb
- 15.09.2026 [15:08]
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb
- 15.09.2026 [15:05]
Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb
- 15.09.2026 [14:57]
“İnnovasiya” İşçi qrupunun növbəti iclası baş tutub
- 15.09.2026 [14:39]
Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib
- 15.09.2026 [14:32]
Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb
- 15.09.2026 [14:02]