REGİONLAR


Oktyabrın 10-dək ölkə üzrə 27047 ton pambıq yığılıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). Pambıq tədarükünə gəlincə, 2015-ci il oktyabrın 12-dək 18860 ton “ağ qızıl” yığılmışdısa, 2016-cı il oktyabrın 10-dək bu göstərici 27047,4 ton təşkil edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

Oktyabrın 10-na pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 4169,7 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 2959,8 ton, Sabirabadda 2884 ton, Ağcabədidə 2580,9 ton, Bərdə də isə 2247,1 ton pambıq tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.